AZ

Şabranda ağır qəza: ölən və xəsarət alanlar var

Şabranda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

 

Sfera.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonun Agalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Belarus” markalı traktor qarşı istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilinin yoluna çıxaraq ona çırpılıb.

 

Avtomobildə olan Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.

 

Digər dörd nəfər isə – Şabran rayon sakinləri 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
8
sfera.az

10Mənbələr