AZ

Əkrəm İmamoğlu diplomunun ləğv edilməsinə reaksiya verdi

İstanbul universiteti tərəfindən diplomunu ləğv edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu açıqlama verib.Metbuat.az xəbər verir ki, o diplomunun ləğv edilməsinin onun üçün önəmli olmadığını qeyd edib. Əkrəm İmamoğlu bildirib ki, bu digər insanların hüquqlarının da pozula biləcəyini nümayiş etdirir. Əkrəm İmamoğlu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini ifadə edib.

Qeyd edək ki, İstanbul universiteti Əkrəm İmamoğlunun diplomunu ləğv etdiyini açıqlayıb. Universitetdən həmçinin bildirilib ki, Əkrəm İmamoğlu ilə yanaşı daha 28 tələbənin diplomu ləvğ edilib. Diplomların ləğv edilməsinin səbəbinin sənəddəki səhv olduğu irəli sürülüb.

Seçilən
41
22
metbuat.az

10Mənbələr