AZ

Helikopter qəzaya uğrayıb, ekipaj ölüb - FOTO

Rusiyanın Leninqrad vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb, ekipaj ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Quruma görə, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.

“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi üzərindəki hava məkanında planlı təlim-məşq uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. Hava gəmisi yaşayış məntəqələrindən uzaq, əhalinin olmadığı əraziyə düşüb. Ekipaj həlak olub”, – Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, “uçuş döyüş sursatı olmadan həyata keçirilib”.

“Hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib. Qəza yerinə Hava-Kosmik Qüvvələrin komissiyası yola düşüb”, – Rusiya Müdafiə Nazirliyi vurğulayıb.

FOTO QALEREYA
Seçilən
47
avtosfer.az

1Mənbələr