AZ

Abbasov: "MOİK ilə yolumu ayırmaq qərarına gəldim"

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən MOİK-də ayrılıq yaşanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi postunda çalışan Qəzənfər Abbasov MOİK-i tərk edib. Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib:

"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.

saytlarin hazirlanmasi

Seçilən
5
4
sportal.az

5Mənbələr