AZ

Dənizlə daşınan yükdaşımaları 15%-ə yaxın artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-fevral aylarında daşınan yüklərin həcmi 1 463,8 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,9 faiz artıb.

Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 47,5%-i neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 2 369,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1 856,9 min tonunu və ya 78,4%-i tranzit yüklər təşkil edib 2025-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 143,5 min ton olub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5% artaraq 4,2 min nəfər olub.

Seçilən
32
2
avtosfer.az

5Mənbələr