Heç nə bizə bütün müharibə məqsədlərimizə çatmağa mane ola bilməz.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
O bildirib ki, İsrail “artan təzyiq”lə HƏMAS-a qarşı hərəkətə keçəcək.
“Bu, sadəcə başlanğıcdır. Heç nə bizə bütün müharibə məqsədlərimizə çatmağa mane ola bilməz. Hərbi təzyiq girovların azad edilməsi üçün kritik şərtdir. Danışıqlar yalnız “atəş altında” davam edəcək”, – Baş nazir qeyd edib.