AZ

Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi - Tramp

"Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, rusiyalı həmkarı ilə bütün energetika və infrastruktur məsələləri üzrə dərhal atəşkəsin əldə olunması barədə razılığa gəliblər.

“Biz Rusiya və Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq və tam atəşkəs əldə etmək üçün sürətli işləmək barədə anlaşdıq. Mən prezident olsaydım, bu müharibə başlamazdı. Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin öldürülməsi faktını müzakirə etdik və həm Prezident Putin, həm də Prezident Zelenski bunun sona çatmasını istəyər. Bu proses indi tam gücü ilə gedir və biz insanlıq naminə bu işi yekunlaşdıracağıq”,- deyə Tramp əlavə edib.

Seçilən
25
10
bakivaxti.az

10Mənbələr