AZ

Trampdan Putinlə telefon danışığı barədə ilk açıqlama

Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, rusiyalı həmkarı ilə bütün energetika və mülki infrastruktura zərbə endirilməməsi üzrə razılığa gəliblər.

“Biz Rusiya və Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq və tam atəşkəs əldə etmək üçün sürətli işləmək barədə anlaşdıq. Mən prezident olsaydım, bu müharibə başlamazdı. Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin öldürülməsi faktını müzakirə etdik. Həm Prezident Putin, həm də Prezident Zelenski bunun sona çatmasını istəyər. Bu proses indi tam gücü ilə gedir və biz insanlıq naminə bu işi yekunlaşdıracağıq”, - Tramp əlavə edib. /axar.az/

Seçilən
26
10
turkustan.az

10Mənbələr