AZ

Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub

Tbilisi, 19 mart, AZƏRTAC

Tbilisidə Novruzun son çərşənbəsi – İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə mərkəzin həyətində geniş bayram tədbiri keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər, eləcə də Türkiyədən, Qazaxıstandan və İrandan gəlmiş qonaqlar iştirak ediblər.

Bayram şənliyinin keçirildiyi ərazi Azərbaycan xalçaları, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilib.

Novruz tonqalı alovlandırıldıqdan sonra milli geyimdə oğlan və qızlar Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər. Aşıq Nargilə Mehdiyeva tədbirdə çıxış edib, Azərbaycan xalq mahnılarını ifa edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
46
azertag.az

1Mənbələr