AZ

Putinin yaxşı iştahı var, amma biz salat deyilik – Zelenski

“Biz salat, yaxud da kompot deyilik ki, Putinin iştahına baxmayaraq, onun menyusunda olaq”.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tramp və Putin arasında telefon danışığına münasibət bildirərkən deyib.

O, həmçinin hazırda silahlanma ilə bağlı qıtlıq yaşamadıqlarını da qeyd edib.

“Bəzi məsələlər var əlbəttə, lakin artilleriya cəhətdən, yaxud minalarla, sistemlərlə əlaqədar biz bu məsələni hələlik bağlayırıq. Daha dəqiq desəm, imkanlarımızı artırırıq”, – Zelenski əlavə edib.

O, Putinin Ukraynada səfərbərliyi dayandırmaq çağırışına da münasibət bildirib. Onun sözlərinə görə, Rusiya bu addımla Ukrayna Silahlı Qüvvələrinin sayını azaltmağa çalışır.

“Yaxın aylarda ərazilərimizə Putinin daha maksimal hücumlarını gözləyirik”, – Ukrayna Prezidenti deyib. /globalinfo.az/

Seçilən
52
28
turkustan.az

10Mənbələr