AZ

"Tonqal qaladılar, hamı pəncərədən baxdı"

"Biz balaca olanda ən çox gözlədiyimiz bayram Novruz idi. O vaxt insanlar çox sosiallaşırdı. Həyətdə tonqal yandıranda bütün məhəllə orada olurdu. Hamı bir-birinə Novruz şirniyatları, hətta aş belə göndərərdi".

Paralel.az xəbər verir ki, bunu aparıcı Elgiz Əkbər Novruz xairələri ilə bağlı danışarkən "Elgizlə izlə" verilişində deyib. O, bu bayramın əvvəllər daha yaxşı keçirildiyini bildirib:

"İndi isə baxıram ki, həyətdə tonqal qalayıblar. Cəmi 3 nəfər adam dayanıb. Hamı pəncərədən baxır. Heç kim həyətə düşmədi və o tonqalın ətrafında dayanmadı. Heç kim uşaqları təbrik etmədi, hədiyyə vermədi. O vaxt yaşlı adamlar uşaqlara pul verərdilər. Papaq atmaq da öz yerində. Böyük mərasim idi. Hətta bir dəfə güdmüşdüm, 60 yaşlı qonşularımız bizə papaq atmışdılar. Biz bayramlarda niyə sosiallaşa bilmirik?".

Seçilən
4
3
paralel.az

4Mənbələr