AZ

“Qarabağ”a milyonlarla pul qazandıran əcnəbi: “Bu seçimi etdiyim üçün peşman deyiləm”

“Mən zəhmətkeşəm və heç kim kiməsə layiq olmadığı nəyisə vermir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın sabiq hücumçusu Juninyoya aiddir.

Yanvarda 5 milyon avro təzminat qarşılığında “Flamenqo”ya satılan forvard deyib:

“Məncə, mən bunları haqq etmişəm. “Flamenqı” kimi güclü bir klubda olmaq mənim üçün böyük bir nailiyyətdir.

Əminəm ki, əlimdən gələni etsəm, hər şey yaxşı olacaq… Bu seçimi etdiyim üçün peşman deyiləm, çox xoşbəxtəm və uğurlu olacağına inanıram”.

Bu qış "Flamenqo"ya keçən Juninyo yeni komandası ilə bütün turnirlərdə 8 oyunda meydana çıxıb, 2 qol vurub. O, zədəsi səbəbindən 1 ay oyunlardan uzaq qalıb.

Seçilən
29
5
sportinfo.az

10Mənbələr