Marsda yeni görüntülər lentə alındı
NASA-nın "Curiosity" kəşfiyyat aparatı Marsda yeni görüntülər lentə alıb. Metbuat.az xəbər verir ki, "Curiosity" kəşfiyyat aparatı planetdə hərəkət edərkən ətrafdakı mənzərəni lentə alıb. Görüntülər NASA tərəfindən paylaşılıb. Məlumatda deyilir ki, NASA-nın Mars Elm Laboratoriyası missiyasını davam etdirir. Qeyd edək ki, "Curiosity" kəşfiyyat aparatı bundan əvvəl də Marsdan müxtəlif görüntülər göndərmişdi.