1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yuxu pozğunluğu və allergiyadan əziyyət çəkən, artıq depressiv epizodları olan, həmçinin dəyişikliklərə həssas olan insanlar yaz depressiyasına daha çox məruz qalırlar".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti"yə müsahibəsində rusiyalı psixoloq Yelena Mazankina danışıb.
Mütəxəssis qeyd edib ki, əhvali-ruhiyyənin yazda pisləşməsi "sadəcə keçici bir kədər deyil", həmçinin insanın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən bir vəziyyətdir.
Psixoloq vurğulayıb ki, psixi problemləri, o cümlədən obsesiv-kompulsiv pozuntu (OKP) xəstəliyi olan insanlarda mental problemlər daha da kəskinləşə bilər.
"Qışda işıq və havanın olmaması, oturaq həyat tərzi və vitamin ehtiyatlarının tükənməsi vitamin çatışmazlığına, orqanizmin müdafiə qabiliyyətinin azalmasına və apatiyaya səbəb olur. Bundan əlavə, atmosfer təzyiqinin dalğalanmaları, temperaturun qəfil dəyişməsi və xroniki xəstəliklərin kəskinləşməsi vəziyyəti daha da ağırlaşdırır", - deyə Mazankina bildirib.
Yaz depressiyasının simptomları arasında hərəkətin ağırlaşması, süstlük, zəiflik, intellektin tormozlanması, unutqanlıq, səliqəsizlik, mənfi emosional əhvali-ruhiyyə, həmçinin yuxusuzluq və iştahsızlıq da var.