Rusiya 2500-ə yaxın ukraynalı hərbçini mühasirəyə alaraq döyüş meydanında üstünlük əldə edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalında bildirib .
"Rusiyanın üstünlüyü var. Bildiyiniz kimi, onlar 2500-ə yaxın əsgəri mühasirəyə alıblar. Onlar sıx bir dairədədirlər və bu yaxşı deyil. Biz buna son qoymaq istəyirik", o deyib.
Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı zamanı tərəflər ukraynalı məhbusların həyatına zəmanət veriləcəyi barədə razılığa gəliblər .
Putin təsdiqləyib ki, ukraynalı məhbuslara Rusiya qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq layiqli rəftar təmin edilir. Bununla da o, Amerika tərəfinin əsir düşən “Ukrayna əsgərlərinə aman vermək” tələbinə cavab verib.