Türkiyə hakimiyyət orqanları korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və onun mətbuat katibi Murat Ongunu saxlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.
Bildirilib ki, İstanbul bələdiyyəsinə qarşı böyük antikorrupsiya əməliyyatı başlayıb.
Qeyd olunub ki, söhbət şəhər tenderlərinin keçirilməsindən, eləcə də müxalifət rəsmilərinin PKK ilə qarşılıqlı əlaqəsinin təfərrüatlarının aydınlaşdırılmasından gedir.
Məlumata görə İmamoğlu və Ongunun evlərində axtarışlar aparılıb.
Xatırladaq ki, ötən gün İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.
Daşqın HəsənovMissiya.Az