AZ

Millimiz Albaniya ilə üz-üzə

Millimiz Albaniya ilə üz-üzə17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayacaq.

B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya ilə üz-üzə gələcək. Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Bu qrupda millimiz və meydan sahiblərinin digər rəqibi Uels yığmasıdır.

AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 6-cı qrup
I tur, 19 mart
18:00. Azərbaycan – Albaniya
Baş hakim:
Ceremi Müller (Lüksemburq)
Elbasan Arena

İdman.biz

Seçilən
12
1
idman.biz

10Mənbələr