AZ

Molla rejimi ilaxır çərşənbəni xalqın gözündən gətirdi

İranda xalqın ilaxır çərşənbəsini qeyd etməsi İslam Respublikası qüvvələrinin müqaviməti ilə üzləşib. 

Yenicag.az İran mətbuatına istinadən xəbər verir ki, silahlı qüvvələrin qadağası və hücumuna baxmayaraq, Novruz bayramı ərəfəsində xalq şənlikləri İranın müxtəlif bölgələrində keçirilib.

İslam Respublikası qüvvələri isə şənliklərə hücumlar ediblər. Onlar bayram edən insanları döyərək yaralayıb, gözyaşardıcı qaz atıblar.

“Polis əməkdaşları Tehranın Nezamabad məhəlləsində çərşənbəni qeyd etdikləri üçün sakinlərə hücum edib və insanlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. İslam Respublikasının təhlükəsizlik qüvvələri həmçinin Kərəc, Rəşt, Bəndər Ənzəli, Babol, Səbzevar, Zəncan və Zəbar Xan şəhərlərində və Tehran əyalətinin cənub-qərbindəki Baharistan əyalətində izdihamı dağıtmaq və şənlikləri bitirmək məqsədi ilə insanlara hücum ediblər”, – deyə qeyd olunub.

Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd İsmayıl bildirib ki, bayram tədbirləri zamanı ölkənin müxtəlif bölgələrində hadisələrdə 15 nəfər ölüb, 2466 nəfər yaralanıb./unikal

Seçilən
70
17
yenicag.az

10Mənbələr