AZ

Putinlə danışdıqdan sonra Tramp Zelenskiyə zəng etmək istəyib » AzadMedia.az


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra Vladimir Zelenski ilə telefon danışığı etməyi planlaşdırır. Bu barədə Ukrayna mətbuatı yazır.
Xatırladaq ki, Zelenski öz Telegram kanalında Finlandiyaya həyat yoldaşı ilə gəldiyini yazıb. Onun sözlərinə görə, o, bu ölkənin prezidenti Aleksandr Stubb, parlamentin spikeri Jussi Halla-aho, baş nazir Petteri Orpo və digər siyasətçilər, həmçinin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşmək niyyətindədir.

Xatırladaq ki, martın 18-i axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Söhbət təxminən 2,5 saat davam etdi.
Əsas mövzulardan biri Ukrayna münaqişəsinin həlli olub. Rusiya Federasiyasının rəhbəri vəziyyətin sülh yolu ilə həllinə fundamental sadiqliyini təsdiqləyib, həmçinin ABŞ prezidentinin Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna hücumlardan qarşılıqlı imtina etməsi ideyasını dəstəkləyib.

Bundan əlavə, Putin martın 19-da əsirlərin dəyişdirilməsinin - 175-in 175-ə aparılacağını və Moskvanın xoşməramlılıq əlaməti olaraq Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçini Kiyevə təhvil verəcəyini açıqlayıb.
Seçilən
48
1
azadmedia.az

10Mənbələr