AZ

Millimiz Albaniyaya qarşı

U-17 millimiz bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gələcək.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.

Seçilən
7
3
football-plus.az

10Mənbələr