AZ

Sumqayıtda qəzaya düşən ana-balanın son vəziyyəti AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün səhər saatlarında Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan iki nəfərdən birinin vəziyyəti stabil, digərinin vəziyyəti ağır qiymətləndirilir.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 mart saat 10:30-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına və Təcili Tibbi Yardım Xəstəxanasına 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) və 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunublar.
Qamış sümüyünün üçdə bir yerdəyişən sınığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabildir, müalicəsi davam etdirilir.
Sol baldırın açıq yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən 1995-ci il təvəllüdlü şəxs isə Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün baş verən qəza nəticəsində üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarətlər alıblar.
Əzizə İsmayılova
Seçilən
12
4
oxu.az

10Mənbələr