AZ

İranda əxlaq polisi ləğv edilə bilər

İran rəhbərliyi hicabla bağlı yeni qanunda ölkədə əxlaq polisinin fəaliyyətinin ləğv edilməsini planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf öz “X” hesabında paylaşıb. 

Bununla belə, spiker sözügedən təşəbbüsün qüvvəyə minəcəyi tarixi açıqlamayıb. 

O bildirib ki, hicab geyinilməsi artıq ölkənin başqa bir qanunu ilə tənzimlənir. 

Burada haqqında bəhs edilən qanun ötən ilin payızında İran parlamenti tərəfindən təsdiq edilib. Sözügedən sənəd “iffət və hicab mədəniyyətini təbliğ etməklə ailələri dəstəkləmək” məqsədi daşıyıb və ölkədə məcburi hicab geyinilməsini nəzərdə tutub.

Qanun BMT tərəfindən kəskin tənqid olunub. Bunun ardınca, İran anlaşılmazlıqların aradan qaldırılması üçün qanunun qəbulu prosesini dayandırıb.

Onu da qeyd edək ki, İranın Cinayət məcəlləsində hicab qaydalarını pozmağa görə cəzalar nəzərdə tutulub. Belə ehtimal edilir ki, yeni qanun cəza təbdirlərinin dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək. Bura əsas olaraq 12 yaşından yeniyetmələrə məhdudiyyətlərin tətbiqi daxildir. Qaydaları mütəmadi olaraq pozan qadınlar isə 15 ilə qədər həbs edilə bilər./qafqazinfo

Seçilən
10
2
news24.az

3Mənbələr