AZ

Cinayətdə şübhəli bilinən 51 nəfər saxlanıldı

Martın 18-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Seçilən
31
49
avtosfer.az

10Mənbələr