AZ

Sumqayıtda qəzaya düşən ana-balanın SON DURUMU

Ötən gün səhər saatlarında Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda ana və azyaşlı oğlunu MAŞIN VURDU - Biri komadadır


Mənbə qeyd edir ki, xəsarət alan iki nəfərdən birinin vəziyyəti stabil, digərinin vəziyyəti ağır qiymətləndirilir.


"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 mart saat 10:30-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına və Təcili Tibbi Yardım Xəstəxanasına 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) və 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunublar.

Qamış sümüyünün üçdə bir yerdəyişən sınığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

Sol baldırın açıq yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən 1995-ci il təvəllüdlü şəxs isə Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün baş verən qəza nəticəsində üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarətlər alıblar. (Oxu.az)

Bizim.Media

Seçilən
5
4
bizim.media

10Mənbələr