AZ

Falçılıqdan 198 milyon manat qazanc - Türkiyədə yoxlamalar başlanıldı

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi spiritüal xidmətlərdən gəlir əldə edənlərə qarşı yoxlamalara başlayıb.

 

Sfera.az “Haber Global”saytına istinadən xəbər verir ki, Türkiyə Respublikasının Xəzinə və Maliyyə Nazirliyi astroloji, mediumluq və spiritüal məsləhətçi kimi tanınan sahələrdən gəlir əldə edib, lakin bu gəlirləri bəyan etməyən şəxslərlə bağlı araşdırmalara başlayıb.

 

Araşdırmalar zamanı məlum olub ki, bu şəxslər onlayn və üzbəüz formada verdikləri məsləhət xidmətləri ilə yanaşı, heç bir rəsmi təhsil və ixtisasa sahib deyillər. Nazirliyin 2021–2023-cü illəri əhatə edən təhlilləri nəticəsində falçılıq, cadu, ulduz xəritəsi, hicama və numerologiya kimi sahələrdə xidmət göstərdiklərini iddia edən şəxslərin sosial media fəaliyyəti və bank hesabları yoxlanılıb. Nəticədə 1,8 milyard lirəlik (198 milyon manat) qeyri-rəsmi gəlir müəyyən edilib.

 

Araşdırmalardan yalnız birində doğum xəritəsi və tarot hesabatları hazırlayan, sosial media üzərindən interaktiv canlı yayımlar təşkil edən və bu fəaliyyətlərdən ümumilikdə 15 milyon lirə gəlir əldə etmiş şəxs müəyyən olunub. Buna baxmayaraq, həmin şəxsin heç bir vergi qeydiyyatında olmadığı və qazancına dair vergi bəyannaməsi təqdim etmədiyi aşkar edilib.

 

Fidan Hacızadə 

 

Seçilən
1
sfera.az

1Mənbələr