AZ

Bakıda kişini evinin qabağında döyüb qarət etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda quldurluq hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
Naməlum şəxs Azər Ələkbər oğlu Mehdiyevin yaşadığı evin qarşısında yumruqla üzünə zərbə vuraraq yerə yıxıb. Daha sonra 400 manat dəyərində olan "Redmi Note 12" markalı mobil telefonu, həmçinin 400 manatlıq "Huawei" markalı qol saatını götürərək qaçıb.
Bu barədə zərərçəkən polisə müraciətində bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Anar Ağagül oğlu Babayev saxlanılıb.
Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi başlanıb.
Seçilən
5
6
oxu.az

9Mənbələr