17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv bu gün II seçmə mərhələsində ilk oyununu keçirəcək.
B Liqasının VI qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gələcək. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Millimiz qrupda 2-ci oyununu 22 martda Uelsə qarşı keçirəcək.
Avropa Çempionatı, II mərhələ
B Liqası, VI qrup
19 mart
18:00. Azərbaycan (U-17) – Albaniya (U-17)
Baş hakim: Ceremi Müller, Yannik Ments (hər ikisi Lüksemburq), Can Marko Erkolani, Mikele Beltrano (hər ikisi San Marino).
Elbasan Arena.