AZ

AFFA "Sabah" və "Qarabağ"ı cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib: 

15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1);

saytlarin hazirlanmasi

Seçilən
4
7
sportal.az

10Mənbələr