AZ

QMİ Həccə getmək istəyənlərə müraciət etdi

Həcc ziyarətinə getmək istəyən vətəndaşların Novruz və Ramazan bayramı günlərində sənədlərini təqdim edəcəyi ünvanlar açıqlanıb.

Publika.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri vətəndaşlara müraciət edib.

O bildirib ki, Həccə sənədlərin qəbulu Novruz və Ramazan bayramı günlərində də davam edəcək:

"Martın 24-29-da QMİ və əməkdaşlıq etdiyimiz bank işləyəcək. Ona görə də vaxtın azlığını nəzərə alaraq, Həccə niyyəti olan vətəndaşlardan sənədlərini təqdim etmələrini xahiş edirik".

25, 26, 27, 28 mart 2025-ci il tarixlərində qeyd edilən saatlarda qeyd edilən ABB filial və şöbələrinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilərsiniz.

Bakı-Abşeron üzrə: Sumqayıt, Binəqədi, Yasamal, Sabunçu, Əhmədli, Əcəmi, Nizami, ASAN 1, ASAN 2, ASAN 3, ASAN 5 və ASAN 6 mərkəzləri saat 10:00-17:00 arası sənədləri qəbul edəcək.

Seçilən
55
29
publika.az

10Mənbələr