AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
“Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1);