AZ

Kollec direktorunun döyülməsinin ƏSL SƏBƏBLƏRİ 

Xəbər verdiyimiz kimi,  UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb. Hadisə barədə daxil olmuş müraciət əsasında hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır. 

Hadisə ilə əlaqədar Sosial İqtisadi Kollecin Tərbiyə işləri üzrə direktor müavini Zaur Vəliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, sözügedən hadisənin səbəblərindən xəbərsizdir:

“Bununla bağlı polisə müraciət olunub. Mən hadisə vaxtı burda olmamışam, ona görə də dəqiq nəsə deyə bilmərəm. Amma hüquq-mühafizə orqanları rəsmi məlumat yayıbsa, deməli hadisə baş verib. Lakin hadisənin motivlərindən xəbərsizəm”. 

Hadisəni sosial şəbəkədə işıqlandıran  kollecin tarix müəllimi Qələndər Muxtarlı isə direktor Şəhriyar Laçınovun kollecdə qanunsuz əməllər törətdiyini deyib:

“Hadisənin motivində duran səbəbi bilirəm. Bu adam gələn günündən pedaqoji ahəngə uyğun hərəkət etmirdi. Direktor əsassız olaraq, kollketivin üzvlərini işdən çıxarırdı. Yerinə isə dediyinə görə, “öz komandasından” adamlar gətirirdi. Bir gün dərsə girməyib, jurnal anlayışı nədir bilmir. 15 mövzu üzrə tələbələrə 500 sual verib və hamısını kəsib. 1 fənnə görə 700 manat pul ödətdirəndə axırı belə olacaqdı. Kollecin təzə təmirdən çıxmış idman zalı var. İdman zalını icarəyə verib. Tələbələrdən koridorda imtahan götüzdürür. Belə olanda bilmirdi onun gözünün altını vurub dağıdacaqlar?”

Nazim Hacıyev

 


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr