İstanbul Böyükşəhər İdarəsi (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlunun ardından Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çalık, İBB Medya A.Ş. İdarə Heyətinin sədri Murat Ongun və İmamoğlunun kampaniya koordinatoru Necati Özkan saxlanılıb.
Bizim.Media xəbər verir ki, İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər İdarəsi (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “cinayət təşkilatının lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderdə saxtakarlıq etmək”, İBB baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan da daxil olmaqla 7 şübhəli barəsində “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamları ilə istintaq başladılıb.
Qeyd edək ki, ümumilikdə İstanbul prokurorları, aralarında İstanbul Böyükşəhər İdarəsi (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla 106 şübhəli haqqında həbs qərarı çıxarıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta