İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan əməliyyat çərçivəsində, Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat katibi Murat Onqun haqqında həbs qərarı verildiyi iddia edilib.
Musavat.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
“Sabah” qəzetinin yazdığına görə, aralarında jurnalistlər və iş adamları da daxil olmaqla 105 nəfərə qarşı keçirilən əməliyyat “Media Inc” şirkətinin tenderləri və terrorla bağlıdır.
Onqun sosial media hesabından həbs edildiyini açıqlasa da, İmamoğlunun evində axtarış aparılır.