AZ

Bakıda 72 yaşlı kişini evinin qabağında döyüb qarət etdilər

Yasamal rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında naməlum şəxsin 72 yaşlı bir nəfərə fiziki zor tətbiq etməklə 800 manat dəyərində mobil telefonunu və qol saatını talaması barədə polisə məlumat daxil olub.

NOCOMMENT.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı A.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

09:23

Bakıda quldurluq hadisəsi olub.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Naməlum şəxs Mehdiyev Azər Ələkbər oğlunun yaşadığı evin qarşısında yumruqla üzünə zərbə vuraraq yerə yıxıb. Daha sonra 400 manat dəyərində olan “Redmi Not 12” markalı mobil telefonu, həmçinin 400 manatlıq “Huawei” markalı qol saatını götürərək qaçıb.

Bu barədə zərərçəkən polisə müraciətində bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Babayev Anar Ağagül oğlu saxlanılıb.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi başlanıb.\\Lent.az

Seçilən
6
7
nocomment.az

9Mənbələr