BAKI, TurkicWorld
ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlar bazar günü Ciddədə keçiriləcək.
TurkicWorld AzerVoice-ə istinadənxəbər verir ki, ABŞ nümayəndəsi Steve Witkoff verdiyi açıqlamada Səudiyyə Ərəbistanında baş tutacaq görüşün detalları üzərində iş aparıldığını bildirib.
Witkoff, ABŞ-ın milli təhlükəsizlik müşaviri və dövlət katibinin rəhbərlik etdiyi bir qrupun danışıqlara qatılacağını qeyd edib. O, məsələnin incə məqamlarının həlledici olduğunu vurğulayıb.
Qeyd edək ki, bu danışıqlar Ukrayna müharibəsi ilə bağlı ABŞ və Rusiya arasında birbaşa müzakirələr üçün nadir hallardan biri kimi qiymətləndirilir.