Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının ikinci seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan komandamız Albaniya yığması ilə üz-üzə gələcək.


Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Qrupun bütün oyunları Albaniyada keçiriləcək.