Zaqatala sakinləri Şəkidə qəzaya düşüb.
News24.az xəbər verir ki, hadisə bu gün saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin ərazidə VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”dakı sərnişin, Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
“VAZ-2106”nın sürücüsü, Zaqatala sakini, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./Lent.az