AZ

İtaliya millisinin keçmiş oyunçusu karyerasını bitirdi

İtaliya millisinin sabiq vingeri Antonio Kandreva 38 yaşında karyerasını bitirmək qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "Instagram" səhifəsində paylaşım edib.

38 yaşlı italiyalının son klubu ötən yay tərk etdiyi "Salernitana" olub.

O, həmçinin "Latsio", "İnter", "Sampdoria", "Livorno", "Ternana", "Parma", "Çezena", "Yuventus" və "Udineze"də çıxış edib. Futbolçu “Latsio” ilə birlikdə 2012/13 mövsümündə İtaliya kubokunun qalibi olub. O, milli komanda ilə DÇ-2014-də və AÇ 2016-da çıxış edib.

Antonio karyerası ərzində 700-ə yaxın matç keçirib və 106 qol, 122 məhsuldar ötürmə ilə yadda qalıb.

Kandreva İtaliya millisində də 54 oyun keçirib, 7 qol vurub və 13 məhsuldar ötürmə edib.

Seçilən
5
fanat.az

1Mənbələr