Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.
Onun yerinə bu vəzifəyə Nazim Əliyev təyin olunub.
N.Əliyev bundan öncə "Aztelekom"un Şimal-Şərq Regional Filialının müdiri olub.
Xatırlatma: “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,4 min manatdır.
Qeyd: Nazim Əliyev “Mis Nazim” kimi tanınır. O vaxtilə mis kabellərin optik kabellərlə əvəzlənməsi prosesinin iştirakçısı olub.