AZ

Yelo Bank filiallarında rəqəmsal şəxsiyyət vəsiqəsi ilə xidmətlərdən faydalanın

Müştərilərinin rahatlığını ön planda tutan Yelo Bank xidmətlərini daha da asanlaşdırmaq üçün yeni imkanlar təqdim edir. Artıq bank filiallarında şəxsiyyət vəsiqəsini fiziki olaraq təqdim etməyə ehtiyac yoxdur! Müştərilər "mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək bank xidmətlərindən yararlana bilərlər.

Şəxsiyyəti təsdiqləyən bütün məlumatlar "mygov” tətbiqi üzərindən təqdim edilir. Filialda olarkən müştərilər sadəcə "mygov” tətbiqindəki QR kodu və ya 8 simvollu unikal kodu bank əməkdaşına təqdim etməlidirlər. Bu imkanı Yelo Bank, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində təqdim edir.

Xatırladaq ki, 16 iyul 2024-cü il tarixində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər.

Yelo Bank müştərilərinin vaxtına dəyər verir və xidmətlərini daha sürətli, daha rahat etməyə davam edir! 

Yelo Bank-dan online tez kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

"Yelo kart” – Parlaq bankçılıq!


Seçilən
20
9
news24.az

10Mənbələr