AZ

Külək irigövdəli ağacı magistral yola aşırdı, 850 abonent işıqsız qaldı

Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, nəticədə kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, 850 abonent işıqsız qalıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisi ilə təchizatının bərpası üçün işlər aparılır.

Seçilən
12
12
avtosfer.az

10Mənbələr