Hurriyyet.az "Ukrainskaya pravda nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski martın 19-da ABŞ Prezidenti Donald Tramp ilə danışacağı barəsində məlumat verib.
Helsinkidə səfərdə olan Zelenski finlandiyalı həmkarı Aleksandr Stubb ilə birgə mətbuat konfransındakı çıxışında deyib: "Bu gün mən Prezident Tramp ilə əlaqə saxlayacağam. Bu gün onunla birlikdə növbəti addımları müzakirə edəcəyimizi güman edirəm. Həqiqətə də Ciddədə komandalarımızın görüşü yaxşı keçdi. Hesab edirəm ki, həmişə işlərin yolunda olduğu zaman narazı qalan Rusiya olmasaydı, hər şey daha yaxşı olardı".
Zelenski Tramp ilə söhbəti zamanı onun Putin ilə danışıqlarının detallarını eşidəcəyini düşündüyünü söyləyib.
Hürr Tərcüman