AZ

“AzerGold” QSC-nin KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ SosialMəsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda növbəti görüşükeçirilib.

Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşdə“AzerGold” QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi“Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabadkəndlərinin sakinləri iştirak ediblər.

Ənənəvi görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi,görülən işlərlə bağlı məlumat verilməsi, sosial ehtiyaclarınöyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.

“AzerGold” QSC-nin KSM Komitəsinin sədri, İdarə Heyətinin üzvü -sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək “Tülallar” qızılmədəninin SSRİ dövründə kəşf edilsə də, geniş tədqiq edilmədiyini,Səhmdar Cəmiyyətinin apardığı geniş tədqiqatlar nəticəsindəehtiyatları təsdiqlənərək, dövlət balansına alındığı, 2023-cü ildənistismar işlərinin aparıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədəməşğulluğun artırılması, Göygöl rayonunun əhalisinin rifah halınındaha da yaxşılaşdırılmasına mühüm töhfələr verib.

X.Fərzəliyev “AzerGold” QSC və podratçı şirkətlər tərəfindənümumilikdə 204 nəfər Göygöl rayon sakininin işlə təmin edildiyinidiqqətə çatdırıb.

Ötən dövr ərzində regionda sosial rifahın gücləndirilməsiistiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə həyatakeçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Cari ildəsosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafı,maarifləndirmə, ətraf mühit və digər istiqamətlər üzrə layihələrinicra ediləcəyi qeyd olunub.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yenitəşəbbüslər müzakirə edilib, vətəndaşların qaldırdıqları məsələləraraşdırılması və Cəmiyyətin səlahiyyətləri və qanunvericilikçərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiştəşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri iləənənəvi görüşlərin təşkili davam etdiriləcək.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Seçilən
12
10
az.trend.az

10Mənbələr