AZ

Külək, yağış, qar... - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti martın 19-u saat 14:00-a olan faktiki havanı açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib.

Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur.


Telegram kanalımız
Seçilən
5
23
yenisabah.az

10Mənbələr