1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya və ABŞ nümayəndələri martın 23-də Ciddədə (Səudiyyə Ərəbistanı) iki ölkə prezidentləri Vladimir Putin və Donald Trampın danışıqları nəticəsində əldə olunmuş razılaşmaların təfərrüatını müzakirə edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Fox News" telekanalına bildirib.
O, ABŞ-nin Ukraynanın bu razılaşmaları dəstəkləməsini gözlədiyini vurğulayıb.
Onun sözlərinə görə, tərəflər iki əsas aspekt - enerji və digər infrastruktura, eləcə də Qara dənizə hücumların dayandırılması barədə razılığa gəliblər.
"Son vaxtlara qədər bu məsələlərlə bağlı heç bir razılığımız yox idi. Bu gün biz buna nail olmuşuq və hesab edirəm ki, bundan sonra tam atəşkəs nisbətən yaxındır", - deyə Uitkoff qeyd edib.
Onun qiymətləndirməsinə görə, Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsi ilə bağlı təmaslar müsbət nəticələr verir.
D.Trampın xüsusi elçisi qeyd edib ki, ABŞ tərəfini prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio təmsil edəcəklər.