AZ

Səudiyyə Ərəbistanının “Təfaul əs-Saudiyyə” nəşri mükafatlandırılıb

Qahirə, 19 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının çoxdilli “Təfaul əs-Saudiyyə” elektron nəşri media sahəsindəki xidmətlərinə görə mükafatlandırılıb. Mükafatı Ciddə şəhərinin qubernatoru Əmir Səud bin Abdullah bin Cələvi nəşrin icraçı direktoru Yunis İnayətə təqdim edib.

AZƏRTAC nəşrə istinadla bildirir ki, Ciddə Futbol Çempionatının platin sponsoru “Təfaul əs-Saudiyyə” əsas saytında və elektron platformalarında ölkənin “Gələcəyə baxış - 2030” proqramının hədəflərinin həyata keçirilməsində Krallığın uğurlarının təbliğinə töhfə verib.

Qeyd edək ki, “Təfaul əs-Saudiyyə” Səudiyyə Ərəbistanının ilk çoxdilli elektron nəşridir. Hazırda nəşr xəbərlərini 30-dan çox dildə yayır. “Təfaul əs-Saudiyyə”nin sosial şəbəkələrdə 8 milyona yaxın izləyicisi olan 7 platforması var.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
4
azertag.az

1Mənbələr