AZ

Qusarda milli-mənəvi dəyərlərin qorunmasına dair tədbir keçirilib

Bakı. Trend:

Martın 18-də Qusar şəhərində Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, QusarRayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinindəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycanİlahiyyat İnstitutunun rolu” mövzusunda tədbir keçirilib.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regionalbölməsinin müdir müavini Elnur Ağasıyev, müəllimlər və məktəbliləriştirak ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, 2018-ci ildə Azərbaycanxalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqinəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını vəinkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsindəyüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycanİlahiyyat İnstitutu yaradılıb.

Vurğulanıb ki, Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslıkadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təminetmək, ilahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalqstandartlı tədqiqatlar aparmaq və nəşr etmək, eləcə də milli, dinivə əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəniinkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutununəsas missiyasıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Seçilən
8
az.trend.az

1Mənbələr