AZ

Azərbaycan və Bəhreyn XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 19-da Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefonla danışıb.

XİN-dən Demokratikmusavat.com -a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir-birilərini ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıblar.

Azərbaycan-Bəhreyn əməkdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, ereji təhlükəsizliyi, mədəni istiqamətlər üzrə hazırkı durumu və perspektivləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Bəhreynin “Manama Dialoqu” təşəbbüsündə fəal iştirakı, o cümlədən təhlükəsizlik problemlərinin müzakirəsi baxımından bu platformanın əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
34
49
Demokratikmusavat.com

10Mənbələr