Ötən günkeçirilənparlamentinplenar iclasında deputat Hikmət Babaoğlununçıxışı zamanı səsləndirdiyi “boşanmış qadın mediator ola bilməz” fikriciddi müzakirələrə səbəb olub. O, qeyd edib ki, boşanan kimsə gəlib sertifikat alıb ailə məsələləri ilə bağlı meditasiya aparmasın,buna məhdudiyyətlər qoyulmalıdır.
Deputatın bu açıqlaması ictimaiyyətdə tənqidlə qarşılanıb və boşanan qadının cəmiyyətdən dışlanması kimi dəyərləndirilib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Hikmət Babaoğlunun səsləndirdiyi fikri absurd adlandırıb.
“Belə çıxır ki, sabah boşanmış kişiləri də işə götürməsinlər? Mən başa düşürəm deputat elə düşünüb ki, bir qadın əgər öz ailəsini qoruya bilməyibsə, digərinə nə məsləhət verəcək? Ancaq, görünür o mediasiya ilə bağlı kifayət qədər məlumatlı deyil. Onagörə bu çağrışı edib.O fikri səsləndirərək ciddi şəkildə diskriminasiya yaradıb. Sabah da digəri desin ki, hakimlər də boşanmamış olsun?! Demək istəyirəm ki, bu sadəcə ayrıseçkilikdir”, - deyə Mehriban Zeynalova bildirib.
Müsahibimiz eyni zamanda diqqətə çatdırıb ki, mediatorun işi barışdırmaq deyil. Məsələlərin sülh yolu ilə gələcəkdə tənzimlənməsidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta