Texas Universitetinin professoru Alan Kupermanın “The Hill” qəzetindəki məqaləsində deyilir ki, Ukrayna münaqişəsi ilə bağlı həqiqətlər nəhayət ki, üzə çıxır.
News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampa yaxın olan və onun administrasiyasında kriptovalyuta məsələlərinə nəzarət edən milyarder Devid Saks X sosial şəbəkəsindəki hesabında bildirib.
“Ukraynadakı müharibə ilə bağlı həqiqət nəhayət ki, üzə çıxır. Müəllif Trampın Ukrayna ilə bağlı niyə haqlı olduğunu izah edir; "Müharibə tamamilə lazımsız idi",- deyib.
Milyarderin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın keçmiş lideri Co Bayden Ukrayna münaqişəsinin “təxribat və gərginləşməsində mühüm rol oynayıblar”.
O əlavə edib ki, Qərb mediası bu mövzuda davamlı olaraq yalan məlumatlar yayır.
Aqil